Gənc alimlərimizin Avropada doktorantura təhsili almaları haqqında Əsasnamə təsdiqlənib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda AMEA-nın elmi müəssisə və təşkilatlarında doktoranturaların yaradılması və gənc alimlərin Avropanın elmi mərkəzlərində doktorantura təhsili almaları müzakirə olunub.
AMEA Rəyasət Heyəti mövcud kadr potensialını, fundamental tədqiqatların səviyyəsini, maddi-texniki bazasını və digər nailiyyətlərini nəzərə alaraq, AMEA-nın elmi müəssisə və təşkilatlarında müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru üzrə doktoranturaların yaradılması, AMEA-nın doktoranturası olmayan, lakin müxtəlif ixtisaslar üzrə kadr hazırlanmasına ehtiyacı olan elmi müəssisə və təşkilatlarının kadr hazırlığını məqsədli yolla həyata keçirməsi haqqında qərar qəbul edib.
Tədbirdə AMEA gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsili almaları haqqında Əsasnamənin təsdiqi ilə bağlı qərar qəbul edilib. Elmi müəssisələrin rəhbərlərinə tapşırılıb ki, elmi müəssisələrdə çalışan gənc tədqiqatçılar arasında respublikamız üçün prioritet sayılan elmi istiqamətlərdə Avropa ölkələrinin elmi mərkəzlərində doktorantura təhsili almaq məqsədi ilə müsabiqə elan edilsin, müsabiqənin nəticələri elmi şuralarda müzakirə edildikdən sonra seçilmiş namizədlərin siyahısı AMEA-nın müvafiq elmi bölmələrində müzakirə olunaraq AMEA RH-a təqdim edilsin. Gənc alimlərin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi isə qüvvədə olan qanunvericiliyə uyğun təmin ediləcək.
Rəyasət Heyətində Nəzəri və Tətbiqi Mexanika üzrə Azərbaycan Milli Komitəsinin Əsasnaməsinin təsdiqi, AMEA Kimya Problemləri İnstitutu Elmi Şurasının tərkibində qismən dəyişiklik, AMEA Tarix İnstitutunun Elmi Şurasının yeni tərkibi və strukturu, “AMEA-nın Xəbərlər (humanitar elmlər seriyası)” jurnalının yeni redaksiya heyətinin tərkibi, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması Strategiyası”nın təsdiqi və Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildinin rus dilinə tərcüməsi məsələləri müzakirə olunaraq təsdiq edilib.
Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

Oxşar yazılar

"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11