Belorus fövqəladə hallar naziri xilasedicilərimizlə görüşüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “Gənc xilasedicilər” komandası Belarus Respublikasının “Zubronok” Milli Uşaq Təhsil-sağlamlıq mərkəzinin bazasında keçirilmiş VIII Beynəlxalq gənc xilasedici və yanğınsöndürənlər yarışında iştirak edib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda 13 ölkəni - ABŞ, Cənubi Koreya, Serbiya, İsveçrə, Polşa, Bolqarıstan, Rusiya Federasiyası, Ukrayna, Moldova, Latviya, Litva, Belarus və Azərbaycanı təmsil edən komandalar iştirak edib.
Komanda hesabında birinci yerə Rusiya Federasiyasının, ikinci yerə Belarus Respublikası, üçüncü yerə Ukraynanın, dördüncü yerə isə Azərbaycan Respublikasının komandası layiq görülüb. Yarışlar dörd mərhələdən ibarət olub. “Vizit kartı” müsabiqəsində və “Yanğın estafeti” yarışında FHN-nin komandası üçüncü yerə layiq görülüb.
Yarışın sonunda Belarus Respublikasının fövqəladə hallar naziri Ənvər Bariyev FHN-nin komandası ilə görüşüb və komandanın uğurlu çıxışını qeyd edərək onları təbrik edib.

Oxşar yazılar

BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01
Bakını bürüyən duman haradan gəlir? - VİDEO
12 mart 2025 , 23:47
Ramazan ayının 13-cü gününün DUASI
12 mart 2025 , 22:00Naxçıvanda icra başçısına yeni müavin təyin olundu
12 mart 2025 , 21:07
Şahin Bağırova yeni müavin təyin edildi - SƏRƏNCAM
12 mart 2025 , 20:12