
İsmət Abbasov: “Çörəyin qiymətinin qalxmasına əsas yoxdur”
Lent.az-ın məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abbasov jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, hazırda ölkədə kifayət qədər taxıl var, həmçinin bu il Fövqəladə Hallar Nazirliyinin Taxıl Ehtiyatı Fondunda da xeyli taxıl ehtiyatı toplanılıb. Nazir qeyd edir ki, əgər qış aylarında fermerlərin əlindəki və sahibkarların gətirdiyi taxılın həcmi azalarsa və qiymət qalxarsa, Fondda toplanmış ehtiyat bazara buraxılacaq və bununla da çörək və unun bahalaşmasına imkan verilməyəcək. Bununla belə, Abbasov bildirdi ki, nazirlik çörək və unun qiymətinə təsir etmək imkanına malik deyil: “Biz bazara müdaxilə etmək istəmirik. Buna bizim hüquqi səlahiyyətimiz də yoxdur. Qiymətləri başqa dövlət orqanları tənzimləyir. Lazım gələrsə, onlar bu məsələyə müdaxilə edə bilərlər”.
İsmət Abbasov onu da vurğulayıb ki, hazırda bəzi bölgələrdə çörəyin və unun qiymətinin qalxması barədə məlumatlıdır. Amma o hesab edir ki, çörəyin qiymətinin qalxması süni xarakter daşıyır. Nazirin sözlərinə görə, hazırda nə Bakıda nə də rayonlarda çörəyin qiymətinin qalxmasına heç bir əsas yoxdur.
Elxan Salahov
İsmət Abbasov onu da vurğulayıb ki, hazırda bəzi bölgələrdə çörəyin və unun qiymətinin qalxması barədə məlumatlıdır. Amma o hesab edir ki, çörəyin qiymətinin qalxması süni xarakter daşıyır. Nazirin sözlərinə görə, hazırda nə Bakıda nə də rayonlarda çörəyin qiymətinin qalxmasına heç bir əsas yoxdur.
Elxan Salahov
Oxşar yazılar

Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46