Ölən gəncin qolları əlil fermerə köçürülüb
27 sentyabr 2010 23:47 (UTC +04:00)

Ölən gəncin qolları əlil fermerə köçürülüb

0
Türkiyədə Akdəniz Universitetinin plastik və rekonstruktiv cərrahiyə kafedrasının rəhbəri, professor Ömər Özkanın rəhbərlik etdiyi həkimlər ölmüş şəxsin iki qolunu qollarını itirmiş başqa bir şəxsə köçürüblər.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Muğlanın Milas rayonunda motosikletlə keçirdiyi qəzada ölən və ailəsi tərəfindən orqanları bağışlanan 23 yaşlı Fateh Demireldən alınan iki qol 2008-ci ildə taxılbiçən kombayn tərəfindən iki qolu dirsəkdən qoparılan fermer Cihan Topala nəql edilib.


Cərrahi əməliyyat uğurla keçib. İndiyə qədər dünyada 15-16 belə cərrahi əməliyyat olub, Türkiyədə isə ilk dəfədir. Cərrahi əməliyyatı Türkiyə Səhiyyə Nazirliyi izləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar