Qərb bölgəsinə gələn turistlərin sayı artıb
28 sentyabr 2010 02:15 (UTC +04:00)

Qərb bölgəsinə gələn turistlərin sayı artıb

Bu ilin iyunundan bu günədək qərb bölgəsinə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb. Bunu Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə Regional Turizm İnformasiya Mərkəzinin direktoru Cumalik Rəhimov deyib.

Onun sözlərinə görə, əcnəbi və yerli turistlər ən çox dağ kəndlərinə üz tutub. “Ötən illə müqayisədə istirahət zonalarında kirayəyə verilən evlərin qiyməti də o qədər baha olmayıb. Bu da turistlərin axınına müsbət təsir göstərib. Təəssüflə demək olar ki, qərb bölgəsində qış mövsümündə turistlərin dincəlməsi üçün heç bir şərait yoxdur. Bu da çatışmayan tərəfimizdir” - deyə, Cumalik Rəhimov əlavə edib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar