Nuşirəvan Məhərrəmli: “Bu dəfə qərar veriləcək”
27 sentyabr 2010 15:12 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli: “Bu dəfə qərar veriləcək”

İxtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində 44-cü tezlik resursuna iddialıların sayı hələ də 3-dən azdır.


Bu barədə Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.


Qeyd edək ki, MTRŞ-in 30 iyul 2010-cu il tarixli iclasının qərarı ilə ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna 4 avqust 2010-cu il tarixdən 4 sentyabr 2010-cu il tarixədək müsabiqə elan edib. Ancaq MTRŞ-in sentyabrın 6-da keçirilən iclasında “Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqə Qaydaları”nın 2.1.9-cu bəndinə uyğun olaraq ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna elan edilmiş müddət ərzində müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə müsabiqə baş tutmamış hesab edilib.


Şuranın qərarına əsasən, ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna 7 sentyabr 2010-cu il tarixdən 7 oktyabr 2010-cu il tarixədək təkrar müsabiqə elan edilib.


Keçən dəfə olduğu kimi bu dəfə də hələ ki, yeganə iddiaçı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir. MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, 7 oktyabra qədər namizədlərin müraciət etmək üçün vaxtları var: “7 oktyabra qədər müraciət olmasa, elə bir iddiaçı olsa da, bu dəfə artıq qərar veriləcək”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar