“Yol Polisi” aylığı keçiriləcək
İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu oktyabrın 1-dən noyabrın 1-dək Bakıda “Yol Polisi” adı altında aylıq keçiriləcək.
İşçi Qrupdan Lent.az-a bildiriblər ki, aylıq çərçivəsində Bakı şəhəri üzrə Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz hərəkətlərdən daxil olan müraciətlər əsasında problemin miqyası öyrəniləcək. Bunun üçün artıq “Qaynar Xətt” xidməti də yaradılıb. “Qaynar Xətt” xidməti ay ərzində vətəndaşlardan Bakı şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi İdarəsinin, habelə Bakının ayrı-ayrı rayonlarının Polis idarələrinin yol polisi şöbələrinin əməkdaşlarının qanunsuz fəaliyyəti, rüşvət alma və korrupsiya faktları, əsassız protokolların yazılması, vətəndaşların əsassız incidilməsi ilə bağlı şikayətləri qəbul edəcəkdir.
Bundan başqa, şikayətlər şifahi formada 408-30-17 və 408-30-27 saylı telefonlar vasitəsilə də qəbul olunacaq. Ay ərzində daxil olmuş şikayətlər araşdırıldıqdan sonra hansı rayon, şəhər yol polis şöbələri əməkdaşlarının daha çox qanun pozuntularına yol verdiyi, həmçinin YPX əməkdaşlarının daha çox hansı formalarda qanunları və təlimatları pozduqları barədə əldə olunmuş nəticələr aidiyyatı üzrə dövlət qurumlarına göndəriləcək, ictimaiyyətə və media mənsublarına açıqlanacaq.
Elxan SALAHOV

748