Məktəb bufetlərində reydlər başlayır
27 sentyabr 2010 11:34 (UTC +04:00)

Məktəb bufetlərində reydlər başlayır

Azad İstehlakçılar Birliyi (AİB) gələn həftədən etibarən Gəncə şəhərindəki ümumtəhsil məktəblərinin bufetlərində reydlər aparacaq.

AİB-dən Lent.az-a bildiriblər ki, təşkilatın Gəncə nümayəndəliyinin həyata keçirəcəyi yoxlamalarda məqsəd orta ümumtəhsil müəssisələrinin bufetlərində satılan qida məhsullarının keyfiyyətini, bu xidmət sahəsinin sanitar durumunu nəzarətdə saxlamaqdır.

Reydlər başa çatdıqdan sonra əldə olunan nəticələr barədə müvafiq dövlət orqanlarına təqdim olunacaq. Həmçinin məktəb bufetlərindəki nöqsanların aradan qaldırılması üçün təkliflər hazırlanacaq.

AİB bu cür yoxlamaların ölkənin bir neçə iri şəhərlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində də aparmağı planlaşdırır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar