Mərakeş rəsmiləri İçəri Şəhərdə olublar
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, qoruq ərazisində Konservasiya üzrə Master Plan əsasında aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat qonaqların diqqətinə çatdırılıb.
Azərbaycan xalqının mədəni irsinin incisi “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıq zamanı qonaqlara kompleksə daxil olan abidələr haqqında ətraflı məlumat verilib. Qoruq ərazisində gəzinti Qoşa Qala qapıları meydanı ilə davam etdirilib və bu ifadənin yaranma tarixi və Qala divarları barədə informasiya verilib.
Gəzinti zamanı həmçinin Sıratağlı dini-memarlıq kompleksi (“Bazar Meydanı”) ərazisində Avstriyalı mütəxəssislərin hazırladığı layihə əsasında ən müasir beynəlxalq tələblərə uyğun şəkildə yenidən təşkil olunmuş daş ekspozisiya ilə tanış olublar.
İçəri Şəhərlə tanışlıq əzəmətli görüntüsü, ucalığı və xarici görkəmi ilə Abşeronun, eləcə də Azərbaycanın müdafiə istehkamları içərisində diqqəti cəlb edən Qız Qalası ilə yekunlaşıb.

705