Asiya İnkişaf Bankının nümayəndə heyəti İçəri Şəhərdə
24 sentyabr 2010 19:56 (UTC +04:00)

Asiya İnkişaf Bankının nümayəndə heyəti İçəri Şəhərdə

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, qonaqlar öncə bu günə qədər öz tarixi-memarlıq xüsusiyyətlərini saxlamış, Azərbaycan dövlətçilik tarixində önəmli yeri olan Şirvan hakimlərinin iqamətgahı “Şirvanşahlar Sarayı Kompleksi”ndə olub və burada nümayiş etdirilən tarixi eksponatlara və rəsmlərə tamaşa ediblər.

Elektromobillə davam edilən tanışlıq İçəri Şəhərdə ən böyük meydan olan Qoşa Qala Qapıları meydanı ilə davam etdirilib və Böyük İpək yolunun üstündə yerləşən Multanı və Buxara karvansaralarının Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi və öz ilkin memarlıq quruluşunun saxladığı qeyd olunub.

Nümayəndə heyəti Qız Qalasının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Sıratağlı dini-memarlıq kompleksi (“Bazar Meydanı”) və buradakı bədii daşyonma sənətinin nümunələrinə baxıblar.

Qonaqlara unikal memarlıq quruluşlu, YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil olan Qız Qalası abidəsi ilə barəsində ətraflı informasiya verilib.

Sonda Asiya İnkişaf Bankının nümayəndə heyəti “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar