Azərbaycanda Kodeks Alimentarius Milli Komitəsinin Əsasnaməsi təsdiqlənib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun 2 avqust 2010-cu il tarixli 115 saylı Əmri ilə Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə Kodeks Alimentarius Milli Komitəsi yaradılıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ramiz Həsənovun əmri ilə Codex Alimentarius Milli Komitəsinin Əsasnaməsi təsdiq edilib.
Milli Komitə Codex Alimentarius Komissiyasının tövsiyələrinə uyğun olaraq, yeyinti məhsulları üzrə standartların Azərbaycan Respublikasında tətbiqinə dair dövlət hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi orqandır. Milli Komitənin qərarları tövsiyə xarakteri daşıyır.

816