Haqsız rəqabətə qarşı mübarizənin yeni yolu
24 sentyabr 2010 22:57 (UTC +04:00)

Haqsız rəqabətə qarşı mübarizənin yeni yolu

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə AZS 455-2010 “Məhsulun eyniləşdirilməsi. Ümumi müddəalar” dövlət standartı təsdiq edilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu standart Azərbaycan Respublikasının ərazisində istehsal olunan və realizə olunan məhsullara, ixrac olunan məhsullara, eləcədə Azərbaycan Respublikasında realizə olunmaq üçün idxal olunan məhsullara şamil edilir.

Standart eyniləşdirilmə işlərinin aparılması və nəticələrin tərtib edilməsi üzrə ümumi müddəaları müəyyənləşdirir. Bu standartın tətbiqi üçün müəyyən növ nəzarət fəaliyyəti və oxşar məhsul qrupu üçün eyniləşdirilmə proseduralarını müəyyən edən normativ sənədlər hazırlana bilər.


Məhsulun eyniləşdirilməsi istehlakçının haqsız istehsalçıdan (tədarükçüdən, satıcıdan) qorunması, ətraf mühit, insanların sağlamlığı, həyatı və əmlakı üçün məhsulun qoyulan tələblərə uyğunluğunun təsdiq edilməsi məqsədi ilə aparılır.
Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar