“Müfəttiş nəzarətinin keçirilməsi qaydası” dövlət standartı təsdiqləndi
24 sentyabr 2010 23:19 (UTC +04:00)

“Müfəttiş nəzarətinin keçirilməsi qaydası” dövlət standartı təsdiqləndi

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standart Komitənin Qanunvericilik və hüquq ekspertizası şöbəsi tərəfindən hazırlanıb.

Müfəttiş nəzarətinin keçirilməsi qaydası AZS Milli Sertifikatlaşdırma Sistemində sertifikatlaşdırılmış məhsulun keyfiyyətinin sabitliyi və onun istehsal vəziyyəti üzərində müfəttiş nəzarətinin həyata keçirilməsi zamanı tətbiq edilir.


Müfəttiş nəzarətinin keçirilməsində məqsəd sertifikatlaşdırma işləri aparılan zaman məhsulun sertifikatlaşdırılmış olduğu tələblərə uyğunluğunun bundan sonra da davam etməsinin, sertifikat sahibinin isə uyğunluq nişanından istifadə şərtlərinə riayət etməsinin müəyyən edilməsindən ibarətdir.

Sertifikatlaşdırılmış məhsul üzərində müfəttiş nəzarəti, zərurət olduqda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti idarələrinin, digər idarəetmə orqanlarının nümayəndələrini cəlb etməklə, uyğunluq sertifikatını vermiş orqan tərəfindən aparılır.

Müfəttiş nəzarətinin nəticəsi sertifikatlaşdırma orqanı tərəfindən verilmiş uyğunluq sertifikatının və uyğunluq nişanından istifadəyə dair icazənin qüvvədə saxlanılması, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qərar qəbul edilməsi üçün əsasdır. Müfəttiş nəzarətinin nəticələri ilə razılaşmadıqda sertifikat sahibi sertifikatlaşdırma orqanının və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin apellyasiya komissiyasına şikayət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857

Oxşar yazılar