Təhsil naziri Gürcüstandakı məktəblərimizə baş çəkib
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Misir Mərdanov səfər çərçivəsində gürcü həmkarı Dmitri Şaşkinlə görüşüb. Nazirlər Tbilisidə yenicə təmir olunmuş M.F.Axundov adına 73 saylı azərbaycandilli məktəbə baş çəkiblər. Məktəbin direktoru Salman Pirməmmədov təhsil ocağının durumu ilə bağlı nazirlərə ətraflı məlumat verib.
Daha sonra hər iki nazir Qardabani və Dmanisi şəhərlərinə gedərək buradakı azərbaycandilli məktəblərin də kollektivi ilə görüşüb. Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin Heydər Əliyev Fondunun xətti ilə Gürcüstanın azərbaycandilli məktəblərində həyata keçirilən “Təhsilə dəstək” layihəsini alqışlayıb. Fondun icraçı direktoru Anar Ələkbərov isə məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.
Görüşdə Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze bölgədə belə bir xeyirxah layihənin gerçəkləşməsindən məmnunluğunu ifadə edib.
Səfərdə azərbaycanlı qonaqları Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze müşayiət ediblər.
Elxan SALAHOV

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33