Azərbaycan EPO İcraiyyə Komitəsinə üzv seçildi
0
0
Azərbaycan Respublikasının 5 fevral 2007-ci il tarixli qanunu ilə Azərbaycan hökuməti bitki karantini və mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının(EPO) yaradılması haqqında Konvensiyaya bəyanatla qoşulub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 21-22 sentyabr 2010-cu ildə Parisdə keçirilmiş bitki karantini və mühafizəsi üzrə EPO-nun iclasında Azərbaycan 51 dövlət arasında yekdil səslə 3 il müddətinə təşkilatın İcraiyyə Komitəsinə üzv seçilib.
Şuranın bu qərarı ölkəmiz və EPO-yam üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə və fitosanitariya sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Ramiz
Şuranın bu qərarı ölkəmiz və EPO-yam üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə və fitosanitariya sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Ramiz
0
0