Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır
24 sentyabr 2010 14:02 (UTC +04:00)

Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə işlərin gedişi ilə tanış olmaq məqsədilə Füzuli, Ağdam, Goranboy, Yevlax rayonlarına səfər edib. Komitə sədri Bərdədə məskunlaşan məcburi köçkünlərin vəziyyətinə dair keçirilən müşavirədə də iştirak edib.


QMKİDK-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Əli Həsənov Bərdədə fin tipli qəsəbələrdə, məktəb və bağçalarda məskunlaşan məcburi köçkünlər üçün yaşayış binalarının tikiləcəyindən danışıb. O qeyd edib ki, bunun üçün artıq torpaq sahələri ayrılıb və yaxın vaxtlarda tikintiyə başlanacaq.


Komitə sədri Füzuli rayonunun Horadiz qəsəbəsində inşa edilmiş Olimpiya İdman Kompleksinə və Ağdamın Quzanlı qəsəbəsi yaxınlığında salınan yeni şəhərciyə də baş çəkib.


Daha sonra Goranboya səfər edən Əli Həsənov burada 20 hektar sahədə tikilən çoxmərtəbəli binalara da baxış keçirib. Komitə sədri məcburi köçkünlərlə görüşündə deyib ki, burada 164 ailə üçün inşa olunan 3 beşmərtəbəli bina artıq istifadəyə hazır vəziyyətə gətirilib. Onun sözlərinə görə, rayon ərazisində Naftalanda məskunlaşan 688 məcburi köçkün ailəsi üçün tikilən məhəllədə 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası fəaliyyət göstərəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902

Oxşar yazılar