“Bakıelektrikşəbəkə” də xəbərdarlıq etdi
24 sentyabr 2010 12:32 (UTC +04:00)

“Bakıelektrikşəbəkə” də xəbərdarlıq etdi

“Bakıelektrikşəbəkə” ASC istifadə etdikləri elektrik enerjisinin dəyərini ödəməyən istehlakçılara xəbərdarlıq edib.


Səhmdar Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, debütor borcu yaranmış abonentlər mövcud borclarını ödəməlidir. Əks halda istehlakçıların elektrik enerjisi təchizatı 27 sentyabr saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.


“Bakıelektrikşəbəkə” xəbərdarlıq edir ki, elan olunmuş müddətədək borcunu ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.


Xatırladaq ki, borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet sayt (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.

Dünən “Azəriqaz” İstehslat Birliyi də qazdan istifadə haqlarının ödənilməsi ilə bağlı abunəçilərinə xəbərdarlıq etmişdi.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar