Gəncə bayram edir -
Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, burada şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, bir sıra xarici ölkə səfirləri, millət vəkilləri, şəhər əhalisi iştirak edib.
Əvvəlcə şanlı dövlət himnimizin sədaları altında top atılıb. Ardından qədim tarixə malik Gəncənin keçmişindən söz açılıb.
Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorları Gəncənin tanınmış şəxsiyyətlərinin obrazını yaradıb. Bayram tədbiri Gəncənin rəqs kollektivlərinin çıxışları, milli geyimdə olan oğlanların musiqi sədaları altında meydanda at çapması ilə davam edib.
Sonra Gəncənin mərkəzi meydanında bayram şənliyi keçirilib. Meydanda böyük izdiham müşahidə edilib. Gəncə Şəhər icra hakimiyyətin başçısı Eldar Əzizov və qonaqlar milli mətbəximizin təamlarından dadıblar.
Daha sonra milli mətbəximizin ləziz təamı olan Gəncə paxlavası kəsilib. Ardından el şənliyinə paraşütçülər rəng qatıb. Paraşütçülər səmadan meydana dövlətimizin üçrəngli bayrağı, Heydər Əliyevin və prezident İlham Əliyevin fotoları, Gəncənin rəmzi ilə enib.
Daha sonra tədbir iştirakçıları qardaş Türkiyə, Belarus, Dağıstandan olan musiqi kollektivlərinin, respublikamızın şimal, cənub və qərb bölgəsinin incəsənət xadimlərinin çıxışlarına tamaşa edib.
Şah İsmayıl Xətai prospektindən N saylı hərbi hissənin əsgərləri də üçrəngli bayrağımızla keçib.
Bayram tədbiri konsert və atəşfəşanlıqla sona çatacaq.
Vüsalə Cənnətova

1161