Özəl tibb müəssisələrində işləməyin şərti
Nazirlər Kabinetinin iki il əvvəl təsdiq etdiyi qərara əsasən, özəl tibb müəssisələrində işləmək istəyən gənc həkimlərin ən azı 5 il əmək stajı olmalıdır. Bu isə o deməkdir ki, ali tibb təhsili almış həkimlər əvvəlcə 5 il müddətinə dövlət tibb müəssisələrində çalışmalıdır.
Oxuculardan birinin Lent.az-a verdiyi bu məlumat son vaxtlar ictimaiyyət arasında tez-tez eşidilir. Bu səbəbdən də sözügedən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin lisenziyalaşdırma və nəzarət sektorunun müdiri Ələkbər Tağıyev belə bir qaydanın olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin 15 dekabr 2008-ci il tarixli “Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 saylı qərarı ilə təsdiq edilmiş fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlərdə dəyişiklik edilməsi barədə” qərarı ilə tənzimlənir.
Ələkbər Tağıyev bildirib ki, əvvəlki qaydalara əsasən, yalnız özəl tibbi praktika ilə məşğul olan, yəni fiziki şəxs olaraq həkim kimi işləyən mütəxəssislər üçün 5 il iş stajı tələb olunurdu. Hazırkı qaydada isə bu şərt istənilən özəl tibb müəssisəsində həm fiziki, həm də hüquqi şəxs qismində çalışan həkimlərə şamil olunur. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarda orta tibb işçiləri üçün bu hədd 3 il müddətinə müəyyən edilib. Ancaq bu qaydalar texniki xidmət sahələrində çalışan tibb işçilərinə aid deyil və onların əmək fəaliyyətin özəl tibb müəssisəsindən başlamasına heç bir məhdudiyyət qoyulmur.
“Bu qaydalar ona xidmət edir ki, özəl klinikalara müraciət edən xəstələr təcrübəsiz həkimlərin əlinə düşməsin. Ona görə də özəl tibb müəssisələrdən işləyən həkimin heç olmasa, 5 il stajı olmalıdır” - deyə, nazirlik nümayəndəsi əlavə edib.
Elxan SALAHOV

1264