Müəllimlər Moskvada treninq keçəcəklər
Sentyabrın 27-də Moskvada “1 şagird – 1 kompüter elektron mühitinin təşkili” mövzusunda treninq başlayacaq. İntel şirkətinin təşkilatçılığı ilə keçirilən 4 günlük treninqdə Azərbaycan müəllimləri də iştirak edəcək.
Lent.az-ın məlumatına görə, treninqin məqsədi müxtəlif təhsil qruplarının maraqlarını nəzərə almaqla “Classmate PC” məktəb noutbukunun tətbiqi prosesini modelləşdirməkdir. Treninq 1 şagird – 1 kompüter elektron tədris modeli çərçivəsində fəaliyyətə başlayan və ilkin İKT bacarıqlarına malik olan müəllimlər üçün nəzərdə tutulur. Treninqlərdə iştirak edəcək azərbaycanlı müəllimlər gələcəkdə eyni kursları buradakı digər müəllimlər üçün keçəcəklər.
Xatırladaq ki, Azərbaycan müəllimləri bu treninqlərdə Təhsil Nazirliyi və İntel korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində iştirak edirlər. “1 şagird – 1 kompüter” layihəsi “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Elxan SALAHOV

703