İşçilərin və işəgötürənlərin birgə problemi
22 sentyabr 2010 18:42 (UTC +04:00)

İşçilərin və işəgötürənlərin birgə problemi

Bu gün Bakıda “İşəgötürənlərin effektiv təşkili” mövzusunda seminar-treninq keçirilib.

Azərbaycan Sahibkarlar Milli Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Beynəlxalq Treninq Mərkəzinin dəstəyi ilə keçirilən seminarlarda müvafiq dövlət orqanlarının, həmkarlar ittifaqların və işəgötürən şirkətlərin nümayəndələri iştirak edib.

Lent.az-ın məlumatına görə, tədbirdə Sahibkarlar Konfederasiyasının Baş Katibi Məhəmmədəli Əfəndiyev də iştirak edib. O qeyd edib ki, bu seminarın keçirilməsində məqsəd işəgötürən təşkilatların gücləndirilməsi, təşkilatların aparıcı əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsidir.

Tədbirdə BƏT-in standartlarının icmalı, əmək münasibətlərinə yanaşma, ona xitam verilməsi, əmək haqlarının müəyyən edilməsi məsələlərində BƏT standartları müzakirə olunub. Həmçinin onların tətbiqində işçilər və işəgötürənlər təşkilatlarının rolu, Azərbaycanda əmək müqavilələrinin bağlanması sahəsində mövcud vəziyyət, milli və beynəlxalq qanunvericilikdə iş vaxtı, ödənişli məzuniyyətlər və digər məsələlər ətrafında diskussiyalar aparılıb.

Seminarda Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi” layihəsi barədə də geniş məlumat verilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933

Oxşar yazılar