Yaşlıların təhsilinin məzmun və formaları müəyyənləşdirildi
Nazirlər Kabineti “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu Qaydalar “Təhsil haqqında” Qanuna uyğun olaraq hazırlanıb və ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi qaydalarını müəyyən edir.
İxtisasartırma təhsili əyani və distant (məsafədən) formada həyata keçirilə bilər. Bu və ya digər kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma dövrünün müəyyən olunan minimum həddi müxtəlif ola bilər. Hər bir dinləyici müəyyən edilmiş minimum hədd üzrə proqram həcmini mənimsədikdən və bu barədə müvafiq sertifikat aldıqdan sonra, bir ixtisasartırma dövrü üçün onun öhdəliyi başa çatmış hesab olunur. İxtisasartırma təhsili üzrə bir təhsil krediti proqramın 6 təlim saatına bərabər tutulur. Tədris olunan hər bir ixtisasartırma proqramını mənimsəyən və gözlənilən təlim nəticələrini əldə etdiyini nümayiş etdirən dinləyicilərə müvafiq təhsil kreditləri verilir. İxtisasartırma proqramlarının və onları həyata keçirən əlavə təhsil müəssisələrinin seçilməsi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyənləşdirilmiş formada, kadrların işlədiyi müəssisələr və yerli idarəetmə orqanı səviyyələrində həyata keçirilir. İxtisasartırma proqramlarının fərdi seçimi əsasında kadrların özləri və ya işlədiyi müəssisələr, təşkilatlar və qurumlar (bundan sonra - sifarişçi) müvafiq əlavə təhsil müəssisələri ilə müqavilə bağlayırlar.
Keyfiyyətin təmin edilməsi məqsədi ilə ixtisasartırma proqramlarının həyata keçirilməsi prosesi, onun nəticələri üzrə mütəmadi olaraq monitorinqlər keçirilir və qiymətləndirilir. Monitorinq və qiymətləndirmə əlavə təhsil müəssisəsi, həmçinin mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyələr və özəl qurumlar tərəfindən həyata keçirilir. Bu prosesə qeyri-hökumət və beynəlxalq təşkilatlar da cəlb edilə bilər. Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, dövlət attestasiyasından müvəffəqiyyətlə keçən hər bir dinləyiciyə tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən vahid formada dövlət sənədi - diplom verilir.
Mütəxəssislərin yenidənhazırlanma diplomu ali və ya orta ixtisas təhsili haqqında müstəqil sənəd deyildir. İşə qəbul zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi əsasa malikdir. Yenidənhazırlanma diplomu mütəxəssisə onun aldığı ilkin ali və ya orta-ixtisas təhsili bazasında müəyyən sahədə vəzifə kateqoriyasının peşə-ixtisas tələblərinə müvafiq olaraq fəaliyyət göstərmək hüququ verir.
Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji, mühəndis-müəllim kadrları, sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür. Stajkeçmə və kadrların təkmilləşdirilməsi prosesində xüsusi ayrılmış müəssisələrdə yüksəkixtisaslı mütəxəssislərin rəhbərliyi altında əvvəlcədən nəzərdə tutulmuş problem üzrə yeni texnologiyaların, innovasiyaların öyrədilməsi həyata keçirilir. Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili şəbəkəsinə ölkədə və xaricdə olan müxtəlif tip ali təhsil müəssisələri, baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri, təcrübə-sınaq stansiyaları, dayaq məntəqələri və s. aiddir.
Əlavə təhsil müəssisələrində kadrların ixtisasının artırılması üçün nəzərdə tutulan təhsil tədbirlərinə - stajkeçməyə dair ayrıca blok da əlavə oluna bilər. Müxtəlif sahələrdə çalışan kadrların stajkeçmə və təkmilləşdirilmə yolu ilə peşəkarlıq səviyyəsinin artırılmasında seminar, treninq və digərləri ilə yanaşı, dayaq məntəqələri mexanizmindən də istifadə edilə bilər.
Təkrar ali təhsil və orta ixtisas təhsili ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsil və orta ixtisas təhsili verən müəssisə tərəfindən müəyyən edilir. Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə təkrar ali təhsil və orta ixtisas təhsili bu təhsili almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar isə təkrar orta ixtisas təhsili ala bilərlər.
Təkrar ali təhsil və orta ixtisas təhsili müvafiq ixtisas üzrə bakalavr (subbakalavr) pilləsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsili proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Təkrar ali təhsil və orta ixtisas təhsili əyani, qiyabi və distant (məsafədən) formalarda həyata keçirilə bilər. Təkrar ali təhsil və orta ixtisas təhsili üzrə qəbul qaydaları və müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. Təkrar ali təhsil və orta ixtisas təhsili müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə (şöbələrdə) həyata keçirilir. Qruplarda tələbələrin sayı 15-30 nəfər müəyyən edilir. Təkrar ali təhsil və orta ixtisas təhsili üzrə proqram və tədris planı əsasında ali (orta ixtisas) təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom verilir.
Dərəcələrin yüksəldilməsi təhsili orta-ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutan təhsil növüdür. Dərəcələrin yüksəldilməsi təhsili ali təhsilli kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir və ilkin baza təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsili proqramı arasındakı fərqin 1 tədris ilinə hesablanmış saatdan az və 2 tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə subbakalavra verilən əlavə təhsildir.
İlkin baza təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsil proqramı arasındakı fərqdən asılı olmayaraq, subbakalavrlar bakalavr dərəcəsi üzrə ali təhsil almaq üçün yalnız dövlət tərəfindən müəyyən olunmuş ümumi qaydada ali məktəblərin birinci kursuna qəbul olunurlar. Dərəcələrin yüksəldilməsi üzrə təhsil proqramları ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Dərəcələrin yüksəldilməsinə icazə verilmiş ixtisasların, eləcə də bu ixtisasa yiyələnmək üçün tələb olunan baza ixtisaslarının siyahısı hər il əlavə təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir və təsdiq edilir . Dərəcələrin yüksəldilməsi təhsili əyani, qiyabi və distant (məsafədən) formalarda həyata keçirilir.
Dərəcələrin yüksəldilməsi təhsilinin təşkili məqsədi ilə hər il ali təhsil müəssisəsi müvafiq ixtisaslar üzrə orta ixtisas və ali təhsil müəssisələrinin tədris proqramlarının müqayisəli təhlili əsasında qısamüddətli tədris proqramları hazırlayır və təklif edir. Dinləyicilər tədris proqramları və müqavilə şərtləri ilə tanış olduqdan sonra sənədlərini təhsil müəssisəsinə təqdim etməli və müsahibədən keçməlidirlər. Yalnız müsahibə komissiyasının müsbət qərarından və müvafiq təhsil xərci ödənildikdən sonra, qarşılıqlı razılaşma əsasında müqavilə imzalanır və dinləyici dərəcənin yüksəldilməsi üzrə əlavə təhsilə qəbul olunur.
Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı subbakalavrların uyğun ixtisaslar üzrə bakalavr təhsili almaq arzusunu təmin etmək məqsədi ilə dərəcələrin yüksəldilməsi təhsili həmin şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq əlavə təhsil müəssisəsi arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dərəcələrin yüksəldilməsi prosesində orta-ixtisas təhsili müəssisəsini bitirmiş subbakalavrların bakalavr təhsili səviyyəsinə yüksəldilməsi dinləyicilərin öz arzuları əsasında ödənişli əsaslarla həyata keçirilir. Dərəcələrin yüksəldilməsi təhsili üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında vahid formalı diplom verilir. Bu halda dinləyicinin orta ixtisas təhsili müəssisəsində topladığı kreditlər və ya tədris olunan fənlərin saatlarına uyğun kredit ekvivalentləri tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada nəzərə alınır. Dərəcələrin yüksəldilməsi üzrə təhsil almış şəxslər ali təhsilli bakalavrlara bərabər tutulur və onlar təhsillərini magistraturada davam etdirə bilərlər.
Yaşlıların təhsilinin məzmunu və formalarına da sənəddə aydınlıq gətirilir. Yaşı 18-dən yuxarı, müstəqil fəaliyyət təcrübəsi və peşəsi olan, bəzi hallarda isə heç bir peşəsi olmayan insanlar yaşlıların təhsilinə cəlb oluna bilər. Yaşlıların təhsili üçün cəmiyyətin və əmək bazarının tələbləri nəzərə alınaraq yaşından, dini və milli mənsubiyyətindən, dünyagörüşündən, ilk təhsilindən və sosial vəziyyətindən asılı olmayaraq, bütün yaş qruplarını əhatə etməklə təhsil proqramları hazırlanır. Yaşlıların təhsili dövlət, bələdiyyə və özəl müəssisələr tərəfindən formal, qeyri-formal və informal formada həyata keçirilir. Təhsilə cəlb ediləcək kontingentin tərkibinə aşağıdakı şəxslər daxil ola bilər:
- əmək funksiyalarının məzmununda baş vermiş yeniliklərlə əlaqədar ixtisasartırma və yenidənhazırlanmaya cəlb edilən peşəkar işçilər;
- məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər;
- uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar;
- peşəsi olmayanlar;
- yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan işsizlər;
- hərbi xidmətdən tərxis olunanlar;
- evdar qadınlar və uşaqlı analar;
- şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək arzusunda olan şəxslər.
Yaşlıların təhsilini həyata keçirən müəssisələr öz fəaliyyətlərində yerləşdiyi ərazinin xüsusiyyətlərini, adət və ənənələrini, dinləyicilərin maraqlarını nəzərə almalı, dinləyicilərə yalnız yeni peşə almaq imkanları deyil, həmçinin mövcud peşələrin spesifik xüsusiyyətləri və perspektivləri haqqında müfəssəl məlumat verməlidir. Yaşlıların təlimi zamanı təhsilalanlara ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti, müstəqil işin qurulması barədə bacarıqların aşılanması da nəzərdə tutulur. Yaşlıların təhsili baza təhsilini əvəz etmək məqsədini daşımamalı, əksinə onun əsasında həyata keçirilməlidir. Yaşlıların təhsili zamanı onların fərdi təcrübələri nəzərə alınmalı, bir təhsil pilləsi və səviyyəsindən digərinə keçid asanlaşdırılmalıdır.
Yaşlıların təhsili dövlət, bələdiyyə və özəl qurumlar tərəfindən təşkil edilir. Bu təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
Sənəddə qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan kadrların ixtisasartırma təhsilinin minimum həddi, eləcə də stajkeçmə və təkmilləşdirilməsi üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir. Digər müəssisə və təşkilatlarda çalışan kadrlar üçün müvafiq maliyyə xərcləri həmin qurumlar və yaxud kadrın özü tərəfindən ödənilir.
Əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir. Əlavə təhsil formaları təhsil müəssisələrinin ödənişli təhsil haqqından əldə etdikləri büdcədənkənar vəsaitlər, habelə qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.
Hər il dövlət büdcəsinin tərtib edilməsi prosesində ixtisasartırma təhsili, stajkeçmə və təkmilləşdirmə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən proqnozlaşdırılan maliyyə xərclərinin həcmi Maliyyə Nazirliyi ilə razılaşdırılır.

2269