Şamaxı Rəsədxanasının yubiley tədbiri təxirə salınıb
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi xəbərə görə, planlaşdırılan tədbirlər 2012-ci ilin sentyabrında baş tutacaq. Səbəb isə rəsədxananın ərazisində aparılan yenidənqurma işləridir.
Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev bildirib ki, AMEA rəhbərliyinin qərarı ilə təxirə salınan konfrans öz statusunu saxlamaqla bərabər, həm də rəsədxananın rekonstruksiyasına həsr olunacaq: “Rəsədxana ərazisində aparılan yenidənqurma işləri nəticəsində ərazi iki dəfə artırılaraq təxminən 50 ha çatdırılıb. Rəsədxanaya qaz xətti çəkilib, qazanxana işə salınıb. Buraya çəkilən yolun təmiri başa çatdırılıb, su xətti yenilənib. Laboratoriya korpusu tam təmir olunub. Qonaqların rəsədxanada qalmaları və turizm məqsədilə yaxınlıqda tikilən 10 kottec və ərazidəki iki beşmərtəbəli binanın tikintisi başa çatdırılmaq üzrədir. Şamaxıda işləyən əməkdaşlarımızın hər birinin mənzillə təmin olunması da nəzərdə tutulur”.

751