Gəncənin 2504 illiyi münasibəti ilə silsilə tədbirlərə start verildi
Bu gündən Gəncənin 2504 illiyi münasibəti ilə silsilə tədbirlərə start verilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, eləcə də digər millət vəkilləri, Gəncəyə yeni təyin olunan Türkiyə konsulu və onun xanımı, ictimaiyyət nümayəndələri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər.
Daha sonra Gəncə xanı Cavad xanın qəbirüstü abidəsi ziyarət olunub. Tədbir dahi Nizami Gəncəvinin məqbərəsini ziyarətlə davam etdirilib. Ziyarətin ardından xatirə şəkli çəkdirilib.
Bu gün carçılar at və dəvələrlə, motosikletlərlə, faytonlarla Gəncənin küçə və prospektlərində şəhər günü ilə bağlı əhalini sentyabrın 23-ü keçiriləcək maraqlı və təntənəli tədbirlərə dəvət ediblər. Sentyabrın 23-ü Gəncə Darvazasının önündə tədbirin keçirilməsi, şəhərin mərkəzi meydanında el şənliyinin təşkil olunması, folklor kollektivlərinin çıxışları, idmançıların çıxışı, milli mətbəxin dadlı təamlarının təqdim edilməsi, hava şarının uçurulması nəzərdə tutulur. Tədbirin sonunda isə böyük konsert və atəşfəşanlıq olacaq.
Vüsalə Cənnətova

1287