Beynəlxalq Görüş iştirakçıları Gənclər üçün Təhsil Mərkəzində olublar - FOTO
21 sentyabr 2010 15:09 (UTC +04:00)

Beynəlxalq Görüş iştirakçıları Gənclər üçün Təhsil Mərkəzində olublar - FOTO

Bu gün “Gənclərin Sülh Şəraitində Yaşama Uğrunda Birləşməsi” Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq Gənclər Görüşünün iştirakçıları Gənclər üçün Təhsil Mərkəzində olublar.

Gənclər üçün Təhsil Mərkəzindən Lent.az-a verilən məlumata görə, “Gəncliyin Şöləsi” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə təşkil edilən bu görüş 17 sentyabrda Quba şəhərində keçirilməyə başlanıb.

Gənclərin Sülh Şəraitində Yaşama Uğrunda Birləşməsi” Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq Gənclər Görüşünün əsas məqsədi müxtəlif əcnəbi gənclərin iştirakı ilə millətlərarası münasibətlərinin inkişafı və millətlərarası anlaşma, sülh şəraitində yaşama və bu kimi məsələlər üzrə müzakirələr aparmaqdır. Görüşdə 10-a yaxın ölkənin 20-yə yaxın aktiv gənci təmsil olunur.

Qonaqların Gənclər üçün Təhsil Mərkəzində olmasında məqsəd isə Azərbaycanda aktiv gənclər təşkilatı modeli ilə tanış olmaq və təcrübə əldə etmək olub. Mərkəzin direktor müavini Günay Sadıxova və insan resursları bölməsinin rəhbəri Rasim Ağayev qonaqları Mərkəzlə yaxından tanış edib və onları maraqlandıran sualları cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar