Bakıda 3 səhiyyə sərgisi birdən başlayır
Sabah Bakıda 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək. Eyni zamanda və məkanda 5-ci beynəlxalq stomatologiya, 4-cü beynəlxalq gözəllik və estetik tibb sərgiləri də təşkil olunacaq.
Lent.az-ın məlumatına görə, bu barədə sərginin təşkilatçılarının birgə keçirdiyi mətbuat konfransında bildirilib. “İteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bu il sərgi mövsümünə səhiyyə sərgisindən başlanması təsadüf deyil. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətin təşkilatçılığı ilə keçirilən sərgilər arasında məhz səhiyyə sərgisi iştirakçılar və dünya dövlətləri tərəfindən daha maraqla qarşılanır. Həmçinin tibbi xidmət və avadanlıqlarla bağlı yeniliklər də səhiyyə sərgisinə diqqəti artırır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də bu sərginin Azərbaycan səhiyyəsinin inkişafında müstəsna rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, 2006-cı ildən bu yana Bakıda və regionlarda 400-dən artıq tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub: “Regionlardakı tibb müəssisələrinin avadanlıqla təchizatı heç də Bakı şəhərindəki xəstəxanalardan geri qalmır. Bu, həm də hər il Azərbaycanda keçirilən ənənəvi səhiyyə sərgisində nümayiş olunan avadanlıqlardan Azərbaycanda da istifadə imkanlarının yaradılmasından irəli gəlir. Məhz bu sərgilər Azərbaycanda tibbi avadanlıq biznesinin də inkişafına təkan verib”.
“İteca Caspian” şirkətinin layihə meneceri Elmira Ağayeva isə 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisinin təşkili vəziyyətindən danışıb. O qeyd edib ki, bu sərgidə dünyanın 15 ölkəsindən 105 şirkət iştirak edəcək. Sərgidə yerli və xarici iştirakçı şirkətlər ən yeni tibb və laboratoriya avadanlıqları, proqram təminatı, tibi mebel, strelizə avadanlıqları təqdim edəcəklər. Əczaçılıq sektoru Rusiya, Ukrayna və Belorusun eksponentləri tərəfindən geniş şəkildə təqdim olunacaq. Polşa və Almaniya şirkətləri xaricdə müalicə ilə bağlı stend nümayiş etdirəcəklər.
Elmira Ağayeva deyib ki, sərgi 3 gün davam edəcək. Sərgidə ilk dəfə olaraq bio-səhiyyə, nüvə səhiyyəsi, səhiyyədə nanotexnologiyalar kimi yüksək texnoloji səhiyyə sektorları olacaq. Onun sözlərinə görə, Bakı Ekspo Mərkəzində keçiriləcək sərgini ziyarət etmək istəyənlər üçün pulsuz avtobus da ayrılacaq. Avtobuslar 3 istiqamətdə müntəzəm olaraq, ziyarətçiləri Bakının mərkəzindən sərginin keçiriləcəyi ünvana və əks istiqamətə daşıyacaq.
Elxan SALAHOV

909