“Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı” işıq üzü görüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tövsiyəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Muxtar respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı” işıq üzü görüb. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, kitabın tərtibçiləri AMEA-nın müxbir üzvü Tariyel Talıbov və biologiya elmləri doktoru Əliyar İbrahimovdur.
Kitaba muxtar respublika ərazisində bitən 200 nadir bitki daxil edilib. 678 səhifəlik kitab “Əcəmi” nəşriyyat-poliqrafiya birliyində çap edilib.
Kitaba muxtar respublika ərazisində bitən 200 nadir bitki daxil edilib. 678 səhifəlik kitab “Əcəmi” nəşriyyat-poliqrafiya birliyində çap edilib.
1782