“Qərb Azərbaycan infrastrukturu” sərgisi açılıb
21 sentyabr 2010 11:18 (UTC +04:00)

“Qərb Azərbaycan infrastrukturu” sərgisi açılıb

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu il sərgidə 29 şirkət iştirak edir.


Tədbirin əsas bölmələri yeyinti sənayesi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, tikinti, bank və sığorta, infrastruktur və xidmətlər sahələrinə aid ediləcək. Əsas diqqət isə sənayenin kənd təsərrüfatı məhsul və xidmətləri və yeyinti sektorlarına yönəldiləcək.


Tədbirin təşkilatçıları Iteca Caspian LLC və ITE Group PLC şirkətləridir. Sərgiyə İqtisadi İnkişaf Nazirliyi, Gəncə şəhəri İcra Hakimiyyəti, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Gəncə Sahibkarlar Assosiasiyası tərəfindən dəstək verilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar