Hərbi qulluqçuların aylıq vəzifə maaşları 10 faiz artırıldı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətlərinin, habelə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçularını, xüsusi rütbəsi olan əməkdaşlarını və dövlət qulluqçusu olmayan mülki işçilərinin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, sərəncama əsasən, həmin şəxslərin aylıq vəzifə maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Lent.az-ın məlumatına görə, sərəncama əsasən, həmin şəxslərin aylıq vəzifə maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
1095