Neftçilər 320 manat pensiya alır
20 sentyabr 2010 18:51 (UTC +04:00)

Neftçilər 320 manat pensiya alır

Hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği hazırda 320 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərə yaxındır.

Dövlət Sosial Müdafiə Fondundan mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, neftçilərə göstərilən dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır və bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 5 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.

Elman Babayev deyib ki, bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. Onun sözlərinə görə, şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə ən böyük çəkiyə malikdir. Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 67, 3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.

Xatırladaq ki, 2001-ci ildən 20 sentyabr Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra milli sərvətimiz olan neft və neftçilərimizin əməyi yüksək dövlət qayğısı ilə əhatə edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar