Yaxın günlərdə hava stabil olacaq
20 sentyabr 2010 12:31 (UTC +04:00)

Yaxın günlərdə hava stabil olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək, cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 26-29, axşam 19-21 dərəcə isti olacaq.



Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Məlumata görə, sentyabrın 21-də hava az buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz 26-29 dərəcə isti olacaq.


Sentyabrın 22-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 27-30 dərəcə isti olacaq.


Sentyabrın 23-də havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 27-30 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sentyabrın 21-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-31, dağlarda gecə 9-14, gündüz 16-21 isti dərəcə isti olacaq.


Sentyabrın 22 və 23-də hava əsasən yağmursuz keçəcək. Lakin sentyabr 23-də axşam bəzi şimal rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 17-22 isti dərəcə isti olacaq.


Tibbi-meteoroloji proqnoza əsasən yaxın üç gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar