“Ailə həkimi haqqında” qanunumuz olacaq
Milli Məclisin sosial siyasət komitəsi “Ailə həkimi haqqında” qanun layihəsi hazırlayır.
Lent.az-ın məlumatına görə, növbəti sessiyada qanun layihəsinə baxılması nəzərdə tutulub. Layihənin hazırlanmasında əsas məqsəd vətəndaşlara lazımı tibbi xidmət və ailələri ilkin həkim nəzarəti ilə təmin etməkdir.
“Ailə həkimi haqqında” qanun layihəsi əsasən regionlarda, xüsusən də ucqar kənd yerlərində yaşayan insanların tibbi nəzarətdə saxlanılması üçün vacib hesab olunur. Layihənin təkmil formada hazırlanması üçün Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrası mütəxəssisləri də iştirak edir.
Xatırladaq ki, bu ildən etibarən Tibb Universitetində tətbiq olunacaq rezidentura qaydaları da ailə həkimi kadrlarının hazırlanması işinin sürətləndirilməsini nəzərdə tutur. Üstəlik səhiyyə naziri ötən il “Azərbaycan Respublikası səhiyyə müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında” əmr imzalayıb. Əmrə əsasən, bu siyahıya ilk dəfə olaraq “ Ailə həkimi” vəzifəsi də daxil edilib.
Elxan SALAHOV

Oxşar yazılar

İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
1 iyul 2025 , 16:13
Dünyada ən məşhur ad AÇIQLANDI
1 iyul 2025 , 15:43
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilmədi
1 iyul 2025 , 14:45
Azərbaycanda ucuz kondisioner bazarı – onları yataq otağına qoymayın
1 iyul 2025 , 14:09
Uşaqlı qadınlara əlavə məzuniyyət verilir? - CAVAB
1 iyul 2025 , 13:39
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
1 iyul 2025 , 13:24
Günəşdə yanmısınızsa, ağrını tez bir zamanda yüngülləşdirməyin 3 ÜSULU
1 iyul 2025 , 13:09