“Kaspi” Təhsil Mərkəzi hesabat verdi
18 sentyabr 2010 15:41 (UTC +04:00)

“Kaspi” Təhsil Mərkəzi hesabat verdi

Bu gün Bakıda Kaspi Təhsil Mərkəzinin 2009/20120-cu tədris ili üzrə yekun hesabat tədbiri keçirilib.

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin, Respublika Təhsil Problemləri İnstitutunun nümayəndələri, tanınmış pedaqoqlar, valideynlər iştirak edib. “Kaspi” Təhsil Şurasının sədri Sona Vəliyeva bu təhsil ocağının 2008-ci ildə təsis olunduğunu və son iki tədris ilində yüksək nailiyyətlər əldə etdiyi söyləyib. Onun sözlərinə görə, 2008/2009-cu il tədris ilində Kaspi Təhsil Mərkəzində tədris kursu keçən abituriyentlərin 84 faizi ali məktəblərə daxil olub. Bu il isə həmin göstərici 93 faizi təşkil edib.


“Bundan başqa, bizim 20 tələbəmiz hazırda dövlət proqramı çərçivəsində xarici universitetlərdə təhsil alır. Biz mərkəzin nəzdində xaricdə təhsil bölməsini yaratdıq ki, ölkə başçısının sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair Dövlət Proqramı”nın reallaşmasına öz dəstəyimizi verək. Məhz bunun nəticəsidir ki, bu il Kaspi Təhsil Mərkəzində təhsil alan şagirdlərin 50 faizi 600-650 bal arasında nəticə göstərib” - deyə, Sona Vəliyeva bildirib.


Kaspi Təhsil Şurasının sədri yeni tədris ilində 5 yaşlı uşaqlar üçün təhsilə hazırlıq kursları da təşkil edəcəklərini bildirib. Kiçik yaşlı uşaqlara burada məntiq, ətraf mühitlə tanışlıq və digər biliklər və bacarıqlar öyrədiləcək.

Daha sonra tanınmış pedaqoq, Respublika Təhsil Problemləri İnstitutunun direktor müavini Yəhya Kərimov çıxış edərək Azərbaycanda alternativ təhsilin yaranmasından, Kaspi Təhsil Mərkəzinin bu sahədə gördüyü işlərdən danışıb. Digər çıxışçılar, o cümlədən valideynlər də Kaspi Təhsil Mərkəzinin gənclərin təhsilə yiyələnməsində həyata keçirdiyi layihələrdən razılıqlarını ifadə ediblər.

Sonda ötən tədris ilində Kaspi Təhsil Mərkəzində tədris kurslarını başa vuraraq yüksək balla ali məktəblərə daxil olmuş məzunlara qiymətli hədiyyələr təqdim olunub.
Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1918

Oxşar yazılar