Apelyasiya komissiyası Şuraya daxil olan müraciətləri araşdırdı
17 sentyabr 2010 19:16 (UTC +04:00)

Apelyasiya komissiyası Şuraya daxil olan müraciətləri araşdırdı

0
Lent.az xəbər verir ki, komissiya aşağıdakı heyətdə toplaşıb:

Əliməmməd Nuriyev – Şuranın üzvü
Fərasət Qurbanov – Şura katibliyinin icraçı direktoru
Səbinə Əvəzqızı – müstəqil jiurnalist
Qiyas Məmmədov – müstəqil ekspert


Müsabiqəsinin nəticələri ilə bağlı apelyasiya komissiyasına 3 təşkilatdan ərizə daxil olmuşdu. Bu təşkilatlar aşağıdakılardır:

Demokratik Gənclər İctimai Birliyi
“Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi
“Səyahət” Turizmin İnkişafına Kömək İctimai Birliyi


Komissiya müraciətləri QHT nümayəndələrinin iştirakı ilə fərdi qaydada müzakirə edib və Şuranın həmin layihələr üzrə qərarını qüvvədə saxlayıb.


Müzakirələrdə layihələrin hazırlanmasında yol verilmiş nöqsanlar təhlil edilərək, təşkilat və layihə rəhbərlərinin diqqətinə çatdırılmışdır. Gələcəkdə layihələrin daha aktual mövzulara həsr edilməsi, eləcə də layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin praktik əhəmiyyətinə xüsusi diqqət verilməsi tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 804

Oxşar yazılar