Azərbaycandakı köhnə rus avtomobilləri hələlik istismardan çıxarılmayacaq
“APA-ECONOMICS”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev bildirib.
Onun sözlərinə görə, Dövlət Komitəsinin apardığı araşdırmalar da yaxın vaxtlarda Rusiya istehsalı olan köhnə avtomobillərin istismardan çıxarılmasının sosial baxımdan məqsədəuyğun olmadığını göstərib: “Çünki bir çox vətəndaşlarımız bu avtomobilləri istismar etməklə çörəkpulu qazanırlar”.
S.Abdullayev gələcəkdə Rusiya istehsalı olan köhnə avtomobillərin tədricən istismardan çıxarılacağını istisna etməyib.
Xatırladaq ki, Azərbaycan hökumətinin qərarı ilə 2010-cu il iyulun 1-dən etibarən ölkədə Euro-2 ekoloji standartı qüvvəyə minib. Sənədə əsasən, 2005-ci il yanvarın 1-dək Rusiyada istehsal olunmuş avtomobillərin Azərbaycana idxalı qadağan olunub. Həmçinin, Euro-2 standartına cavab verməyən digər xarici avtomaşınların da ölkəyə gətirilməsi qadağan edilib.

814