Mineral suyun standartı dəyişir
17 sentyabr 2010 15:54 (UTC +04:00)

Mineral suyun standartı dəyişir

Azərbaycan hökuməti qida standartlarını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün böyük bir layihə hazırlayıb. Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Sabiq Abdullayev söyləyib.


Bu standartlar müxtəlif növ qida sənayesini əhatə edəcək: “Məsələn, Azərbaycanda mineral su standartları keçmiş SSRİ standartlarına uyğun idi. Bu isə beynəlxalq standartlarla ziddiyyət təşkil edir. Beynəlxalq standartlara görə, mineral su çıxarılan yer qablaşdırılan ərazidən maksimum 500 metr məsafədə olmalıdır. Bu standart yaxın vaxtlarda Azərbaycanda da tətbiq olunacaq”.


Şöbə müdiri deyib ki, ümumilikdə beynəlxalq qida standartlarının Azərbaycanda tətbiqi üçün 2010-2013-cü illərdə çox ciddi tədbirlər görüləcək. Həmin dövr ərəfəsində 253 qida standartı qəbul olunacaq. Bu standartlardan 43-ü bu ilin sonunadək tətbiq olunacaq.


Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314

Oxşar yazılar