“ABU tələbələri köçürüldükləri ali məktəblərdə təhsil haqqını ödəməlidirlər”
17 sentyabr 2010 15:25 (UTC +04:00)

“ABU tələbələri köçürüldükləri ali məktəblərdə təhsil haqqını ödəməlidirlər”

Bu sözləri APA-ya açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O xatırladıb ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti dayandırılıb və dövlətin qanunlarına uyğun şəkildə ABU-ya daxil olan tələbələr müvafiq özəl ali məktəblərə köçürülüb: “Kimin əlavə problemi varsa, Təhsil Nazirliyinə müraciət edə bilər”.

Nazir etiraf ki, ABU-dakı problem hələ də qalmaqdadır: “Bu problemlər tezliklə həll oluna bilməz. Çünki Beynəlxalq Universitetə qanunsuz qəbul edilən tələbələr olub. Bu problem də qanun çərçivəsində həllini tapacaq”.

ABU-da baş verən qanunsuzluqların bu günə qədər hansı səbəbdən həll olunmamasına da münasibət bildirən M. Mərdanovun sözlərinə görə, Təhsil Nazirliyi ABU-dakı problemlərin həlli istiqamətində çoxlu sayda addımlar atıb: “Təəssüf ki, Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyi Təhsil Nazirliyinin təkliflərini qəbul etməyib. Ona görə də sonda bu universitetin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755

Oxşar yazılar