Şagirdlərə medalların verilməsi qaydaları hazırlanır
17 sentyabr 2010 13:37 (UTC +04:00)

Şagirdlərə medalların verilməsi qaydaları hazırlanır

Orta məktəbdə fərqlənənlərə qızıl medalların verilməsi növbəti dərs ilindən reallaşacaq. Bu məsələ yeni qəbul edilən “Təhsil haqqında” qanunda da əksini tapıb olunub.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, orta məktəblərdə fərqlənənlərə qızıl medalların verilməsi barədə hökumət tərəfindən bu il müvafiq qərar qəbul olunub.

Nazir deyib ki, artıq medalların layihəsi, normativ hüququ bazasının yaradılması istiqamətində ciddi iş gedir. Onun sözlərinə görə, medallar xarici ölkələrdən birində hazırlanacaq. Namizədliyi veriləcək 11-ci sinif şagirdlərinin siyahısını yerli təhsil qurumları mayın 20-dək Təhsil Nazirliyinə təqdim edəcək. Medallar məzunlara təntənəli şəraitdə təqdim ediləcək.

2009-2010-cu tədris ilində qızıl medalların verilməməsinə gəlincə, Misir Mərdanov bunu bir neçə texniki problemin ortaya çıxması ilə əlaqələndirib. Onun sözlərinə görə, qızıl və ya gümüş medala iddiaçı şagirdlərin siyahısı sinif rəhbərlərinin təqdimatı əsasında hazırlanacaq. Daha sonra məsələyə məktəbin Pedaqoji Şurasında baxılacaq və müvafiq qərar qəbul olunacaq.

Xatırladaq ki, qızıl və ya gümüş medala layiq görülən şagirdlərin ali məktəblərə qəbul zamanı heç bir əlavə güzəşt nəzərdə tutulmur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar