Tünzalə Ağayeva beynəlxalq diplomla mükafatlandırıldı - FOTO
Lent.az-ın məlumatına görə, “YES” Gənclər Təşkilatının təşəbbüsü və “Azərcell” şirkətinin dəstəyi ilə keçirilən “İnsan alverini indi dayandıraq!” adlı layihə çərçivəsində fəal iştirak edən Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberq Bakıya səfər edib.
Vayra Vike-Freyberq dünən layihədə fəal iştirak edən ziyalılarla görüşüb və aksiyanın fəallarına diplom təqdim edib. O, əməkdar artist Tünzalə Ağayevaya “Insan alverinə qarşı mübarizədə aktiv iştirak etdiyinə və verdiyi dəstəyə görə” diplomlunu təqdim edib.
İclasda iştirak edən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da Latviyanın keçmiş prezidentini diplomla mükafatlandırıb. Tədbirdə artıq 8 ildir fəaliyyət göstərən “YES” Gənclər Təşkilatına da diplom təqdim olunub.
Qeyd edək ki, layihəni dünyada “YES” Beynəlxalq Təşkilatı həyat keçirir. Bu təşkilat 55 ölkədə fəaliyyət göstərir, bir çox sosial aksiyalar və humanitar proqramlar gerçəkləşdirir.
Qeyd edək ki, “İnsan alverini indi dayandıraq!” adlı layihə çərçivəsində təşviqat xarakterli klip-çarx da çəkilib. Mahnını əməkdar artist Tünzalə Ağayeva ifa edib. Bütün dünya insanlarına müraciət edilən mahnının mətninin müəllifi Misirin birinci xanımı Suzanna Mübarəkdir. “Dünyanı birgə quraq” adlı mahnıda müharibə, aclıq, insanların istismarı problemi və həmçinin bütün dünya insanlarını sülhə çağırışı öz əksini tapıb.
Tədbirdə sözügedən mahnı və Suzanna Mübarəkin müraciəti də səsləndirilib. Qeyd edək ki, bütün dünyada insan alveri ilə mübarizə çərçivəsində konfranslar, görüşlər keçirilir və bu problemin müxtəlif həlli yolları müzakirə edilir. Bunda başqa Rikki Martin, Riçard Qir, Culiya Armand, Ruslana, Valeriya, Sakis Ruvas və başqa məşhurların iştirakı ilə müxtəlif konsert aksiyaları keçirilir. Bu insanlar öz ölkələrinin sülhməramlı səfirləri kimi çıxış edir və bütün dünyada keçirilən analoji layihələrdə fəal iştirak edirlər.
Lalə Yusifqızı

1087