Sumqayıtda qazdan istifadə haqqının ödənişi 100 faizi keçib
0
0
Sumqayıt Qaz İstismar İdarəsindən Lent.az-a bildiriblər ki, ötən ay ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 203235,92 manat dəyərində, 2032,4 min kubmetr həcmində təbii qaz istifadə edilib. Ödənişdə 42229 nəfər abonent iştirak edib.
Xatırladaq ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə təbii qazla təmin olunan abonentlərin sayı 64889 nəfərdir. Şəhər üzrə ümumilikdə 61284 ədəd qaz sayğacı quraşdırılıb.
Elxan SALAHOV