27 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
16 sentyabr 2010 18:57 (UTC +04:00)

27 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı şəhərini, eləcə də Şəki, Siyəzən, Ağdaş, Ağdam, Tovuz və Beyləqan rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 27 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Nizami rayonunda
- B.Nuriyev küçəsi, 32C ünvanında yerləşən “Orxan market”;
- R.Rüstəmov küçəsi, ev 47 ünvanında yerləşən “Leyla-Günel market”;
- R.Rüstəmov küçəsi, 66 ünvanında Səkinə İsmayılovaya məxsus mağaza;
- Özbəkistan küçəsi, 17 ünvanında yerləşən “Əkizlər market”;
- T.Abbasov küçəsi, 35 ünvanında yerləşən “Pərvin market”;
- Naxçıvanski küçəsi, 55 ünvanında yerləşən “Elvin market”;
- E.Süleymanov küçəsi, ev 57 ünvanında yerləşən “Fərid market”;
- Q.Qarayev prospekti, 82 ünvanında yerləşən “Albalı market”;
- Q.Qarayev prospekti, ev 39/47 ünvanında yerləşən “Nuran market”;

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində
- M.Fətəliyev prospekti, ev 36/1 ünvanında yerləşən “Arzu market”;
- S.Mehmandarov küçəsi, ev 12 A ünvanında yerləşən “Elvin market”;
- Ə.Kərim küçəsi, ev 9 ünvanında yerləşən “MİF supermarket”;
- R.Qəmbərov küçəsi, ev 6 ünvanında yerləşən “Elşən market”;
- Fətəliyev küçəsi, ev 70 ünvanında yerləşən “Rəna market”;
- Ə.Mehbalıyev küçəsi, 46 ünvanında yerləşən “Rüfət market”;

Xətai rayonunda
- R.Bağırov küçəsi, ev 43B ünvanında yerləşən “Şamo market”;
- R.Bağırov küçəsi, ev 32, mənzil 4 ünvanında yerləşən “Polad market”;
- R.Bağırov küçəsi, 12 ünvanında yerləşən “Xəyyam market”;
- Babək prospekti, ev 90 yerləşən “Tural market”;
- Sarayevo küçəsi, 1733-cü keçiddə Loğman Süleymanova məxsus mağaza;

Şəki şəhərində
- S.Mümtaz küçəsində Anar Hüseynova məxsus mağaza;

Siyəzən şəhərində
- Xətai küçəsində Nəbi Əliyevə məxsus mağaza;
Ağdaş şəhərində
- H.Əliyev prospektində Elbrus Vəliyevə məxsus mağaza;
- M.Ə.Rəsulzadə küçəsində yerləşən “Kola market”;

Ağdam rayonunda
- Quzanlı qəsəbəsində yerləşən Zaur Məmmədova məxsus mağaza;

Tovuz şəhərində
- H.Aslanov küçəsində Elmir Məhərrəmova məxsus mağaza;

Beyləqan şəhərində
- S.Qazıyev küçəsində Zaur Məmmədova və Abduləli Nərmanova məxsus mağaza.

Monitorinq zamanı ümumi çəkisi 400 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar