“Dünya Elm Gün” ilə bağlı xarici ölkələrin alimləri Azərbaycana gələcəklər
16 sentyabr 2010 22:37 (UTC +04:00)

“Dünya Elm Gün” ilə bağlı xarici ölkələrin alimləri Azərbaycana gələcəklər

27-30 oktyabrda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda “İqtisadiyyatın innovasiyalı inkişafının sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 10 noyabr “Dünya Elm Günü”nə həsr olunan konfrans 7 bölmədə iclaslarla öz işini davam etdirəcək.
Konfransda iqtisadiyyatın innovasiyalı inkişafının hüquqi tənzimlənməsi, müasir bazar iqtisadiyyatının innovasiya potensialı, innovasiyalı inkişafın nəzəri məsələləri, investisiya və iqtisadi artım, elm və innovasiya, müasir tendensiya və inkişaf perspektivləri, elmtututmlu sənaye sahələrinin inkişafı, innovasiyalı inkişafın sosial faktoru, sosial innovasiyalar, insan potensialı və başqa mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Qeyd edək ki, tədbirdə Türkiyə, Ukrayna, Rusiya, Macarıstan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrin nümayəndələrinin iştirakı da gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1150

Oxşar yazılar