Dərs başladı, dönər bahalaşdı
Lent.az-ın məlumatına görə, tələbə kafelərində əvvəl 1 manata olan ət dönəri, indi 1 manat 20 qəpiyə satılır. Bahalaşma toyuq dönərində də müşahidə olunur.
Qiymət artımı dönərin ənənəvi alıcıları olan tələbələr də təsdiqləyir. Bakı Dövlət Universitetinin tələbəsi Azər Abbasov hamburqerin də əvvəlki qiymətə satılmadığını dedi: “Hər ikisində artım var. Türk kafelərində əvvəllər də baha idi. Bizimkilər də onların yolu ilə gedir. Çalışırıq ucuz yer tapaq. Elə yer var ki, dönərin içinə təzə tərəvəz əvəzinə, tutma vururlar. Onu da hər adam yeyə bilmir”.
Bir neçə ildir dönərçi işləyən Qabil də qiymət artımı olduğunu təsdiqlədi: “Həm pomidorun, həm də ətin qiyməti qalxıb. Ona görə də dönəri indi 20 qəpik baha satırıq. Biz istəyərik ki, ucuz olsun, hamı alsın. Qəsdən qaldırmamışıq ki”.
Nizam Rza

1057