Fransalı alim Filip Moro Defarj Bakıda kitabını təqdim edəcək
16 sentyabr 2010 14:42 (UTC +04:00)

Fransalı alim Filip Moro Defarj Bakıda kitabını təqdim edəcək

“Qanun” nəşrlər evindən Lent.az-a verilən məlumata görə, səfərin əsas məqsədi müəllifi olduğu və ilk dəfə Azərbaycan dilinə tərcümə olunan “Geopolitikaya giriş” kitabının təqdimatında iştirak etməkdir.


Səfər ərəfəsində Filip Moro Defarj sentyabrın 22-də Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Dövlət İdarəçilik Akademiyasında, sentyabrın 23-də isə Bakı Dövlət Universitetinin tələbə və müəllim kollektivi qarşısında “Millətlərin öz müqəddəratının müəyyən etməsi” mövzusunda məruzə oxuyacaq.


Həmin gün axşam isə “Əli və Nino” kitab kafesində müəllifin iştirakı ilə “Geopolitikaya giriş” kitabının təqdimatı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar