ADU və Peruca Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
Sentyabrın 17-də Azərbaycan Dillər Universiteti (ADU) və İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADU ilə Peruca Universiteti arasında mövcud əməkdaşlığı əks etdirən bu müqavilə imzalanmış cari müqavilənin müddəti bitdiyi üçün əməkdaşlığı davam etdirmək məqsədilə yenidən imzalanacaq. Müqavilənin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminarlar, dərslər, görüşlər, konfranslar keçirmək və elmi araşdırmaları inkişaf etdirmək, eyni zamanda ADU və Peruca Universiteti arasında müəllim və tələbə mübadiləsini artırmaq, bakalavr və magistrlərın xaricdə təhsil proqramlarında və yay məktəblərində iştirak etmələrinə şərait yaratmaqdır.
ADU-da italyan dili, mədəniyyəti, siyasəti, iqtisadiyyatı, tarixi, coğrafiyası və digər mövzularda müəllim, tələbələr və digər maraqlanan şəxslər üçün kurslar təşkil olunacaq. Bu addım bilavasitə Azərbaycanda İtalyan dilinin və mədəniyyətinin təbliğinə xidmət edəcəkdir.
Müqavilənin imzalanması mərasimində İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi iştirak edəcək.

1442