Yaxın Şərqin ilk qadın təyyarəçisinin adı əbədiləşdiriləcək
15 sentyabr 2010 18:32 (UTC +04:00)

Yaxın Şərqin ilk qadın təyyarəçisinin adı əbədiləşdiriləcək

Lent.az-ın cəmiyyətdən əldə etdiyi məlumata görə, KHVTİC-in Bakı yaxınlığında yerləşən Güzdək Aviasiya Mərkəzinə L.Məmmədbəyovanın adının verilməsi təklif olunur.

Cəmiyyətdən bildirilib ki, hazırda Güzdək Aviasiya Mərkəzinin ərazisinin mina və sursatlardan təmizlənməsi işləri aparılır. Mərkəzin ərazisi Sovet ordusu Azərbaycandan çıxarkən yaxınlıqda yerləşən Güzdək hərbi bazasının partladılması nəticəsində mina və sursatlarla çirklənib. Həmçinin Mərkəzin bazasında olan texnikaların bir hissəsi oğurlanıb və ya sıradan çıxarılıb. O vaxt mərkəzin aviaparkına daxil olan An-2, YaK-52, YaK-55 tipli təyyarələr isə hazırda Müdafiə Nazirliyinin bazalarında saxlanılır.

Mərkəzdə təyyarə pilotlarının hazırlanması ilə yanaşı hava idman növləri, həmçinin idmanın texniki növləri üzrə yarışlar təşkil olunacaq. Burada həmçinin avtomobil həvəskarları – «avtoşlar» da nəzərə alınaraq onlar üçün xüsusi idman meydançası yaradılacaq.

Qeyd edək ki Bakı aeroklubunda təhsil almış L.Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə yerinə yetirib. O, 1933-cü il martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olub. Aviasiya mayoru rütbəsi almış L. Məmmədbəyova Böyük Vətən Müharibəsində iştirak üçün rəsmi müraciət etsə də 6 övladı olduğundan cəbhəyə göndərilməyib. Müharibə dövrü o 4 mindən artıq paraşütçü və pilot hazırlayaraq cəbhəyə göndərib.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985

Oxşar yazılar