Qəzalı körpü şagirdləri məktəbdən ayırdı
Valideynlər övladlarını məktəbə aparmaqdan imtina edib. Səbəb kəndlə məktəbi birləşdirən körpünün qəzalı vəziyyətdə olmasıdır. Köhnə Xaçmaz kəndinin sakinləri Lent.az-a bildiriblər ki, övladlarının bu körpüdən istifadə etməsi təhlükəlidir. Onlar ərazidə yeni körpünün inşa olunmasını və yaxud əsaslı təmir olunmasını istəyirlər. Daha sonra etirazçılar Xaçmaz rayon icra hakimiyyətində olub.
Xaçmaz rayon icra hakimiyyəti başçısının birinci müavini Akif Mərdanov həmin şəxslərlə görüşüb. Akif Mərdanov Lent.az-a bildirib ki, həmin ərazidə olan körpü bir neçə gün bundan öncə təmir olunub və hazırda orda təhlükəli vəziyyət yoxdur.
Vəli Turan

1355