Peşə təhsili üzrə konfrans keçirilib
Konfransda Təhsil Nazirliyinin şöbə müdirləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə yanaşı, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərinin, habelə "Azərsun Holdinq" və KNAUF şirkətlərinin nümayəndələri də iştirak edib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, konfrans 2009-2010-cu dərs ilinin yekunları və 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub. Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək ilk peşə-ixtisas təhsili müəssisələrinin ölkənin iqtisadi rayonları üzrə dislokasiyasına dair statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Onun sözlərinə görə, ötən dərs ilində ölkə üzrə 108 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib, 25201 şagirdin peşə hazırlığı ilə 3700 nəfərlik mühəndis-pedaqoji heyət məşğul olub. Nazir ayrı-ayrı iqtisadi rayonlar üzrə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə ehtiyacı müəyyənləşdirmək üçün müvafiq araşdırma aparmağa zərurət duyulduğunu vurğulayıb.
Misir Mərdanov son 6 ildə peşə təhsilinə yönəlmiş maliyyə vəsaitinin həcmi barədə də məlumat verib. O qeyd edib ki, 2009-cu ildə şagird başına 1108 manat, 2010-cu ildə 1113 manat vəsait ayrılıb.
Elxan SALAHOV

706