Kürdə suyun səviyyəsi azalıb
14 sentyabr 2010 16:28 (UTC +04:00)

Kürdə suyun səviyyəsi azalıb

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən aparılan yoxlamalar sentyabr ayının I ongünlüyü üzrə göstəriciləri müəyyənləşdirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlama zamanı Kür çayında suyun sərfi avqust ayının III ongünlüyünə nisbətən saniyədə 4,6 kubmetr azalaraq 85 kubmetrə düşüb. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Araz çayında isə suyun sərfi saniyədə 6,19 kubmetr təşkil edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,12-6,49 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar