Bərdədə daş dövründə yaşayış olubmuş!
Qədim Bərdə şəhərinin yerləşdiyi Şatırlı kəndində Balatəpə adlanan sahədə aparılan arxeoloji qazıntılar zamanı daş dövrünə aid maddi mədəniyyət nümunələri aşkar olunub.
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Arif Məmmədov bildirib ki, hər il həyata keçirilən qazıntılar nəticəsində Bərdənin qədimliyinə dair yeni məlumatlar əldə olunur.
İndiyə qədərki tədqiqatlar Bərdənin tarixinin erkən orta əsrə getməsinə dair məlumatlar verirdisə, son qazıntılar ərazidə ilk tunc dövründə şəhər tipli yaşayış məskəninin mövcud olmasını deməyə əsas yaradır.
Arif Məmmədov ərazidə aparılan arxeoloji qazıntılar zamanı əsasən eneolit dövrünə aid olan həm yaşayış məskəni, həm də maddi mədəniyyət nümunələrinin aşkar olunduğunu söyləyib: “Qazıntılarda həmin dövrdə kəsici alət kimi istifadə olunan daşlar da tapılıb. Eləcə də həmin dövrə aid olan saxsı dulus məmulatlarını üzə çıxarmışıq. Burada xüsusi skeletlər tapılır ki, onların üzərinə oxralar tökülüb. Bu da eneolit dövrünə aid olan xüsusiyyətlərdir. Burada eneolit dövründən əvvəl, hətta neolit dövrünə aid daş baltalar tapılıb. Bu da onu göstərir ki, ərazidə yaşayış daş dövründən başlayıb”.

629